Olimpiada iştirakçıları arasında koronavirusa yoluxanların sayı artırbackend

Olimpiada iştirakçıları arasında koronavirusa yoluxanların sayı artır

Çində Pekin Qış Olimpiya Oyunlarına gələn insanlar arasında 36 koronavirusa yoluxma halı aşkarlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə təşkilatçı komitənin məlumatında qeyd olunub.

Bildirilib ki, yanvarın 28-də Çinə 1 418 nəfər, o cümlədən 736 idmançı, rəsmi şəxs və 682 “digər maraqlı tərəflərin nümayəndəsi” gəlib. Müayinə nəticəsində 29 yeni yoluxma halı – 19-u idmançı və vəzifəli şəxslər, 10-u maraqlı tərəflərin nümayəndələri arasında qeydə alınıb.

Məlumata görə, əvvəl gəlmişlər arasında daha yeddi müsbət nəticə aşkarlanıb, yoluxmuş şəxslərin hamısı maraqlı tərəflərin nümayəndələri olub.

Xatırladaq ki, daha öncə tədbirə gələnlər arasında virus daşıyıcılarının 88 nəfər olduğuna dair məlumat yayılmışdı.

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları 4 – 20 fevralda keçiriləcək. Azərbaycanın fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova olimpiadaya lisenziya qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*