Ölkədə peyvəndləmə ilə bağlı son vəziyyətbackend

Ölkədə peyvəndləmə ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, bir gündə 31 844 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 059, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 976, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 809 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 439 291, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 178 595, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 688 646, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 572 050 təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*