“Ölkəni açın”: Tiflisdə aksiyalar başladı – VİDEObackend

"Ölkəni açın": Tiflisdə aksiyalar başladı - VİDEO

Tiflisdə ölkədə tətbiq olunan məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirilib.

KONKRET.az xəbər verir ki, aksiya iştirakçıları “Kurortları açın”, “Ölkəni açın” şuarlarını səsləndirərək, məhdudiyyətlərin qaldırılmasını tələb edib.

İctimai nəqliyyatın hərəkətinə qoyulan qadağanın ləğvi tələbi də sosial şəbəkələr vasitəsilə dəstəklənib.

Qeyd edək ki, bir müddət öncə Gürcüstan hökuməti paytaxtda metro, avtobus və marşrut taksilərinin fəaliyyətinin bərpasını bir ay təxirə salıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*