Ölkəyə qanunsuz yolla siqaret keçirilməsinin qarşısı alındı – FOTOLARbackend

Ölkəyə qanunsuz yolla siqaret keçirilməsinin qarşısı alındı - FOTOLAR

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları beş fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Gürcüstan istiqamətindən gələn, iki ədəd “Mercedes-Benz Actros” və üç ədəd “DAF” markalı yük nəqliyyat vasitələri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 5400 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*