Xəbər verdiyimiz kimi, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.
Toyda deputat Siyavuş Novruzov və həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva da iştirak edib.
Onun toyda geyindiyi libasının “Valentino” brendindən olduğu qeyd edilib.
Ombudsmanın ziyafət geyiminə uyğunlaşdırdığı zinət əşyası göz qamaşdırıb.
Belə ki, Səbinə Əliyevanın sırğaları məşhur İtaliya brendi olan “DAMIANİ”yə məxsus olub və qiyməti 20 min 705 dollardır (35 min 200 manat).
Sırğa çəhrayı rəngli yaqut və brilyant daşlarla bəzədilib./oxu.az/


Bir evin qiymetidi sirgalar
Olmalıdır daa… O sırğa, o paltar üçün peysəri söyüşlər görüb ki, birini bir eşşək götürməz.
Səyquşun da işi çətindir
Allah sizi güldürsün)))
Nə olsun vəzifədən getdi işinnən azad olundu buraxırlar hə get yığdığınız ogurladiginiz rahat xərcləyirsiniz . Həbs etmək lazımdır cinayət işi açılıb əmlakları büdcəyə qayıtmalıdır
DIQQƏT ! Bu sırğadan istəyən varsa 5 AZN-ə sayıdan. Bütün metrolara çatdırılır. 🤣🤣😂😂😂😂😂🤪