“Omikron”a qarşı peyvəndin hazır olacağı VAXT AÇIQLANDIbackend

"Omikron"a qarşı peyvəndin hazır olacağı VAXT AÇIQLANDI

Avropada “Omikron” ştamına qarşı vaksin payızda hazır olacaq.

KONKRET.az xəbər verir ki, bunu Almaniyanın səhiyyə naziri Karl Loterbax Brüsseldə səhiyyə nazirlərinin iclasında bildirib.

Nazir əlavə edib ki, yeni vaksinin hazırlanması gecikir: “Məndə olan məlumata görə, koronavirusun yeni variantlarına qarşı vaksinlər payızdan tez hazır olmayacaq” – deyə nazir bildirib.

Qeyd edək ki, fevral ayında “Biontech” və “Modena” şirkətləri may ayında yeni vaksinin sınaqlarına başlayacağını bildirmişdi. İndi isə hər 2 şirkət sınağa yayda başlayacağını iddia edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*