Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Omikron ştammı səbəbindən yeni qadağalar tətbiq etməyə başlayıb.
KONKRET.az xəbər verir ki, ölkənin Təcili vəziyyət, Böhran və Fövqəladə halların idarə olunması İdarəsindən verilən məlumata görə, yanvarın 10-dan etibarən peyvənd olunmayan şəxslərin ölkədən çıxışına icazə verilməyəcək.
Bundan başqa 2 doza peyvənd olunan şəxslərdən 3-cünün də tələb olunacağı bildirilib.
Qeyd edək ki, BƏƏ-da əhalinin 92 faizi peyvənd olunub.