backend

Ömrü uzadan ƏN FAYDALI MƏHSULLAR

Həkimlər Yelena Malışeva və Andrey Prodeus “Жить здорово!” (Sağlam yaşamaq) verilişinin efirində ömrü uzada bilən “super qidaları” açıqlayıb.

KONKRET.az xəbər verir ki, həkimlər tərəvəz zülalı ilə zəngin qidaların ömrü uzatdığını bildirib. Pəhrizdəki heyvan zülalının bitki qidaları ilə əvəzlənməsi xərçəng, hipertoniya, insult infarkt nəticəsində ölüm riskini azalda bilər. Ən yaxşı bitki mənşəli məhsullar arasında ekspertlər qovrulmamış yer fıstığı, balqabaq toxumu, qoz, noxud lobyanı misal çəkilib.

Xatırladaq ki, ingilis dietoloqu Lili Satter koronavirus pandemiyası zamanı immuniteti gücləndirmək üçün tam taxıl, balıq, çia və kətan toxumu, eləcə də qoz, giləmeyvə, qatıq və süd məhsullarına üstünlük verməyi tövsiyə etmişdi. Bundan əlavə, mütəxəssis mütləq gündə təxminən iki yumurta yeməli olduğunuzu qeyd edib. (publika.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*