“Onlar bizə xarici valyuta ilə ödəniş edirlər, sonra hesablarımızı dondururlar” – Lavrovdan AÇIQLAMAbackend

"Onlar bizə xarici valyuta ilə ödəniş edirlər, sonra hesablarımızı dondururlar" - Lavrovdan AÇIQLAMA

Rusiyanın xarici işlər naziri Sergey Lavrov qaz ixracına görə ödənişin rublla tələb edilməsini ədalətli adlandırıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Avropaya qaz tədarükünə gəlincə Lavrov bunları deyib:

“Ölkə prezidenti fərman imzalayıb. Fikrimcə Qərb ölkələri üçün məqbul olan şərtlər var. Məsələ burasındadır ki, onlar bizə xarici valyuta ilə ödəniş edirlər, sonra isə hesablarımızı dondururlar. Yəni təklif olunan sxem ədalətlidir. Bu, bizə ödənişləri rublla almağa imkan verəcək” – XİN rəhbəri bildirib.

Xatırladaq ki, bir müddət öncə Rusiya prezidenti Vladimir Putin dost olmayan ölkələrlə qaz ticarəti haqqında fərman imzalayıb. Fərmana görə, Qərb dövlətləri Rusiyadan qaz almaq üçün Rusiya banklarında hesab açmalıdırlar.

Fransanın maliyyə naziri Bruno Le Maire bildirib ki, Fransa və Almaniya Rusiyanın şərtlərini qəbul etməyəcək.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*