“Onlar Füzulidən Şuşaya ayaqla, günlərlə gedib çıxdılar” – VİDEObackend

“Onlar Füzulidən Şuşaya ayaqla, günlərlə gedib çıxdılar” - VİDEO

Xəbər verdiyimiz kimi, Qarabağda işğaldan azad edilmiş tikililərdən birinin divarına yazdığı “Maştağa 1 N-li internat” sözləri ilə hər kəsi təsirləndirən qəhrəman əsgərimiz Elçin Əhmədov internatda böyüyən 3 qardaşdan biridir. 

KONKRET.az xəbər verir ki, “Təhsil TV” hərbçinin qardaşı Araz Əhmədovla görüşüb.

A. Əhmədov qeyd edib ki, müharibənin başlanmasını eşidən kimi özü də, qardaşı da könüllü cəbhəyə yazılıblar.

O bildirib ki, qardaşı döyüşçü yoldaşları ilə bərabər Füzuli istiqamətindən Şuşa ətrafına qədər ayaqla, günlərlə gedib çıxıb: “İnternat uşaqları üçün vətənpərvərlik ayrı mövzudur, onlar vətənə başqa cür bağlı olurlar. Döyüşmək onların hamısına xasdır. Elçin üç övladını evdə qoyub Vətən üçün döyüşə gedib. Belə ordusu olan xalq məğlub ola bilməz!”.

  • Kamil
    Noyabr 19, 2020 - 20:20

    Allah Şəhidlərimizə rəhmət etsin. Qazilərimizə Allahdan şəfa diləyirəm. Əsgərlərimizə Ulu Tanrı kömək olsun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*