“Onlar heç vaxt İsrailin elitası olmayacaqlar” – Yəhudilər rusiyalı məşhurları ölkədən qovurbackend

"Onlar heç vaxt İsrailin elitası olmayacaqlar" - Yəhudilər rusiyalı məşhurları ölkədən qovur

Rusiyanın Ukraynada başlatdığı xüsusi əməliyyat yerli ulduzları iki düşərgəyə ayırıb. Bəzi məşhurlar Kremlin addımlarını tənqid etdiyi halda, digərləri buna dəstək verməkdən çəkinməyib. Bundan əlavə, Rusiyanı tərk etməyə tələsən və qaçışlarını tətil səfəri kimi göstərməyə çalışanlar da az deyil.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bir çox rus ulduzları indi İsraildədir. Maksim Qalkin, Alla Puqaçova, Semyon Slepakov, Kseniya Sobçak, Andrey Makareviç, Djiqan və digərləri İsraildə müharibənin və çətin anların bitməsini gözləmək qərarı veriblər.

Məşhurların yaxşı iqlimi, əla tibbi və mədəniyyəti yüksək olan ölkədə yaşamaq istəyi başa düşüləndir. Amma israillilər çətin dövrdə vətənlərini tərk edən “qonaqlardan” o qədər də razı görünmürlər. Bu barədə məşhur bloger Veronika Stepanova teleqram kanalında yazıb. O qeyd edib ki, İsrail xalqı xüsusi əməliyyat başlayandan sonra Rusiyanı tərk edən sənətçiləri ciddi qəbul etmir.

Семен Слепаков, фото:Яндекс.Дзен

Stepanova son vaxtlar israillilərdən çoxlu məktublar aldığını və onların rus sənətçilərə qarşı inamsız yanaşdıqlarını bildirib. İsrail xalqı hesab edir ki, rusiyalı ulduzları öz vətənlərinə qovmaq lazımdır:

“Rusiyalı ulduzları heç kim ciddi qəbul etmir, onlar heç vaxt xalqın elitası olmayacaqlar. Biz yalnız bizim üçün döyüşən və bütün qəlbi ilə yanımızda olan insanları qəbul edirik. Nə qədər qəribə səslənsə də, müharibə və qabaqlayıcı zərbələrsiz İsrail dövləti mövcud olmazdı. Ona görə də, belə satqınları (rusiyalı müğənnilər –red) pisləyirik və ölkədən qovuruq” – İsrail vətəndaşlarının məktubunda yazılıb.

Xatırladaq ki, bundan əvvəl Kristina Orbakayte İsraildəki konsertlərini ləğv etmişdi. Bu yaxınlarda isə tanınmış teleaparıcı Alla Mixeeva İvan Urqantın İsrailə səfərinin məqsədi barədə danışıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*