“Orada da olacaq…” demişdi – Sözünü yenə tutdu!backend

“Orada da olacaq...” demişdi - Sözünü yenə tutdu!

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışında iştirak edib.

KONKRET.az-ın məlumatına görə, Xankəndidə “Qarabağ” hotelinin açılışı 3 il əvvəl Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla olan maraqlı dialoqunu yenidən gündəmə gətirib.

Belə ki, 2021-ci ilin iyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Şuşaya səfər ediblər. Səfər zamanı dövlət başçıları Şuşanın ətraf ərazilərini seyr ediblər. Həmin an liderlər arasında maraqlı dialoq yaşanıb:

İlham Əliyev: O yer ki var, bax o iki dağın arası… Ora da Xankəndi şəhəridir.

Rəcəb Tayyib Ərdoğan: Hotel oradadır?

İlham Əliyev: (Gülərək) Orada da olacaq!

Həmin görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*