Ordunu götür və Ukraynadan rədd ol – Danilovbackend

Ordunu götür və Ukraynadan rədd ol - Danilov

Rusiya Donbasa girənə qədər özünün uzaq regionlarının qayğısına qalsın.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Rusiya Federasiyası öz əmlakını götürüb, Donetsk və Luqansk vilayətlərini tərk etməlidir. Sizin zavodlarınız hesabına (Danilov Müxalifət Platforması – Həyat üçün Partiyasının deputatı Yuri Boykoya müraciət edir – red.) yanacaqla təchiz etdiyi öz tanklarını, BTR-lərini götürsün və Ukraynadan rədd olsun. Ukraynanın şərq torpaqları Ukrayna ərazisidir. Biz müstəqil şəkildə bu torpaqda nə edəcəyimizin qayğısına qalacağıq. Cənab Lavrov nəsə orada Ukrayna haqqında danışmağa başlayır. Sizin nə işinizə qalıb? Biz ki, Uzaq Şərq, Tatarıstan, İçkeriyanın (Çeçenistan – red.) işlərinə müdaxilə etmirik. Oralar hələ ki, sizin torpaqlardır, onlarla məşğul olun”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*