Müharibənin ilk günlərində ordusunun “şücaəti” ilə öyünən rus əsgəri əsir düşüb.
KONKRET.az xəbər verir ki, Ukrayna Quru Qoşunları müharibənin ilk günlərini əks etdirən videosu ilə tanınan rus əsgərini əsir götürüb. Rus hərbçi arxa fonda Ukrayna ərazisinə endirdikləri qrad zərbələrinin görüntüsü ilə öyünərək video paylaşıb. Və bu video ilə də çoxlarının qəzəbinə səbəb olmuşdu.
Hazırda əsir düşən lovğa Rusiya əsgəri Putini Quru Qoşunlarının rəsmi saytında salamlayıb.
Həmin görüntüləri təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az
