Orta Asiyanın rəngləri Bakıda: Türkmənistan xüsusi maraq doğurdu – VİDEObackend

Orta Asiyanın rəngləri Bakıda: Türkmənistan xüsusi maraq doğurdu - VİDEO

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində diqqətçəkən pavilyonlardan biri də Türkmənistan nümayəndə heyətinə məxsus olub. Türkmənlər digər Orta Asiya xalqları kimi WUF13-də təşkil etdikləri maraqlı pavilyonda həm milli dəyərlərini, həm də müasir şəhərsalma baxışlarını nümayiş etdiriblər.

KONKRET.az xəbər verir ki, pavilyonda əsas diqqət milli mədəniyyət nümunələrinə yönəlib. Burada türkmən xalqının zəngin irsini əks etdirən xalçalar, milli ornamentlər, ənənəvi geyim elementləri və papaqlar sərgilənir.

Xüsusilə xalçalar üzərindəki naxışlar ziyarətçilərin marağına səbəb olub.

Sərgidə yalnız milli dəyərlər deyil, müasir şəhərsalma konsepsiyaları da təqdim edilir. Türkmənistan nümayəndələri şəhərsalma layihələrində əsasən azmərtəbəli yaşayış binalarına üstünlük verildiyini bildiriblər.

Qeyd olunub ki, bunun əsas səbəblərindən biri regionun seysmik zona hesab edilməsidir. Pavilyonda nümayiş etdirilən maketlərdə təhlükəsizliklə yanaşı, milli memarlıq üslubunun da qorunmasına xüsusi diqqət ayrıldığı hiss olunur.

Bundan əlavə, pavilyonda günəş enerjisindən istifadəni əks etdirən xüsusi panellər də təqdim edilir. Bu isə ölkənin alternativ enerji və ekoloji şəhərsalma istiqamətində atdığı addımların nümayişi kimi qiymətləndirilir.

Qeyd edək ki, forum çərçivəsində Türkmənistanla yanaşı, Özbəkistan, Qazağıstan və Qırğızıstan kimi Orta Asiya ölkələrinin də yüksək səviyyəli pavilyonlarla təmsil olunması tədbir iştirakçıları tərəfindən maraqla qarşılanır. Qardaş xalqların Bakıda keçirilən beynəlxalq forumda fəal iştirakı ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha bir nümunəsi kimi dəyərləndirilir.

Natiq Səlim
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*