Oskanyan planlarını açıqladı – Regionda müharibə başlasa, təşkilatlanma işi başqa şəkil alacaqbackend

Oskanyan planlarını açıqladı - Regionda müharibə başlasa, təşkilatlanma işi başqa şəkil alacaq

“Keçən il dekabrın 2-də “Artsax”ın (söhbət Azərbaycan Ordusu tərəfindən darmadağın edilmiş qondarma qurumdan gedir) Milli Assambleyası xaricdə bu bölgədə yaşayan ermənilərinin fundamental hüquqlarını müdafiə etmək səlahiyyətinə malik komitə yaradıb. Həmin komitəyə mən rəhbərlik edirəm, daha doğrusu, onun koordinasiyası mənə həvalə olunub”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan Respublikasının keçmiş xarici işlər naziri Vardan Oskanyan bildirib.

Onun sözlərinə görə, “Komissiya rəsmi olaraq 7 nəfərdən ibarətdir, orada Ermənistan, Latın Amerikası, Avropa və ABŞ-dan nümayəndələr var. Amma bu, rəsmi görünən hissədir, bu məsələdə dünyanın müxtəlif yerlərini təmsil edən daha geniş tərəfdarlar var. Rusiyadan, Yaxın Şərqdən və digər ölkələrdən də qurumun strukturunda təmsil olunanlar var. Bu məsələdə kifayət qədər fəal olan, diplomatik statusa malik və bu gün də beynəlxalq siyasətdə nüfuzu ilə seçilən əcnəbilərin geniş qrupu var”.

Vardan Oskanyanın verdiyi məlumat onu göstərir ki, düşmən qüvvələr hələ də öz çirkin niyyətlərini həyata keçirmək üçün iş başındadır və planlarını hıəyata keçirmək üçün əsl fürsət gözləyir. Amma Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyev və onun rəhbərlik etdiyi Ordu ayıq-sayıqdır. Ölkəmizin mükəmməl xarici siyasəti Qarabağın separatçı ermənilərinə və revanşist qüvvələrin əl-qolunun açılmasına bundan sonfra da imkan verməyəcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*