Osloda gey klubunda atışma: 2 ölü, 14 yaralı varbackend

Osloda gey klubunda atışma: 2 ölü, 14 yaralı var

Osloda baş verən atışmada iki nəfər həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə Norveç paytaxtının polisi Twitter-də yazıb.

Mənbə qeyd edir ki, insident zamanı 14 nəfər yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Cinayət törətməkdə şübhəli bilinən şəxs hadisə yerinin yaxınlığında saxlanılıb. Hücum edənin motivləri məlum deyil.

Cinayət Oslonun mərkəzində yerləşən məşhur gey-bar və gecə klubu olan “The London Pub”da baş verib.

Xatırladaq ki, bu gün Osloda gey paradı keçiriləcək.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*