Ötən gün həlak olan hərbçimiz dəfn edildi – FOTOLARbackend

Ötən gün həlak olan hərbçimiz dəfn edildi - FOTOLAR

İyunun 5-də keçirilən təlimlər zamanı bədbəxt hadisə nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Sənan Nurəddin oğlu Əhmədovla Şəmkir şəhərində vida mərasimi keçirilib.

KONKRET.az xəbər verir ki, mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin və hərbçimizin xidmət etdiyi “N” saylı hərbi hissənin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti iştirak ediblər.

Sənan Əhmədov rayon qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Sənan Nurəddin oğlu Əhmədov iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*