Ötən il Meksikada törədilən cinayətlər son 20 ilin rekord həddinə çatıb.
KONKRET.az Redaktor.az-a istinadən xəbər verir ki, 130 milyon əhalisi olan ölkədə 2019-cu ildə 34 min 582 nəfər adam cinəyətə qurban gedib.
Son 5 ildir ki, ölkədə törədilən cinayətlərin faizi sürətlə artır. Törədilən cinayətlər əsasən narkotik qaçaqmalçılığı, qadın alveri və benzin oğurluğudur.
