Ötən il təhsil müəssisələrində ölənlərin sayı AÇIQLANDIbackend

Ötən il təhsil müəssisələrində ölənlərin sayı AÇIQLANDI

2021-ci ildə Azərbaycanın təhsil müəssisələrində 90 ölüm halı baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci buraxılışında qeyd edilib.

Ölüm hallarının 57-si bakalavriat, 6-sı magistratura, 16-sı tam orta ixtisas, 11-i isə ümumi orta ixtisas bazası üzrə oxuyanlar arasında olub.

Ötən il həmçinin 5610 nəfər təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə, 732 nəfər təhsil müəssisəsinin fəaliyyətinin dayandırılmasına, 1483 nəfər digər təhsil müəssisəsinə köçürülməyə görə xaric edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*