Övladdan anaya qarşı DƏHŞƏTLİ ƏMƏL – Əvvəl pulunu götürdü, sonra güllələdi backend

Övladdan anaya qarşı DƏHŞƏTLİ ƏMƏL - Əvvəl pulunu götürdü, sonra güllələdi 

ABŞ-da anasını şəxsi hesabından pul çəkməyə məcbur edən oğul daha sonra ona atəş açıb.

KONKRET.az demokrat.az-a istinadən xəbər verir ki, gənc anasından onun maddi çətinliklərini həll etməsini istəyib. Getdiyi yerə tələsən ana oğlu ilə söhbət etmək istəməyib. Qəzəblənən övlad silahı çaxaraq anasının başına dirəyib.

Anasının pullarına sahib olacağını deyən oğul əvvəlcə onlayn qaydada hesabda olan pulun miqdarını yoxlayıb, sonra isə anası ilə bərabər yaxınlıqda yerləşən bankların birinə yollanıb.

Hesabından pullarını çəkən ana pıçıltı ilə bankda çalışan işçilərdən polisi çağırmağı xahiş edib.  Pul vəsaitini övladına təqdim edən ana bankda qalmaq istədiyini deyib. Qəzəblənən oğul anasına üç dəfə atəş açıb.

Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Hadisə yerinə gələn polis cinayətkarı saxlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*