Özbəkistan Beynəlxalq Türk Akademiyasında  müşahidəçi statusunu aldı – FOTObackend

Özbəkistan Beynəlxalq Türk Akademiyasında müşahidəçi statusunu aldı - FOTO

Bu gün Nur-Sultanda Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının V iclasında Özbəkistan beynəlxalq təşkilatda rəsmi müşahidəçi statusu alıb.

KONKRET.az xəbər verir ki, bununla əlaqədar Beynəlxalq Türk Akademiyasının binası qarşısında Özbəkistanın Dövlət bayrağının təntənəli qaldırılması mərasimi keçirilib.

Tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının təhsil naziri Asxat Ayamaqambetov, Qırğız Respublikasının Təhsil və Elm Naziri Almazbek Beishenaliev, Özbəkistanın Qazaxıstandakı səfiri Saidikram Niyazxojaev, o cümlədən Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoglanov,  Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü İkram Adırbekov, Türkiyə və Macarıstan səfirliklərinin diplomatları, dövlət və ictimai xadimlər, tanınmış alim və türkoloqlar, Qazaxıstanda diaspor və media nümayəndələri iştirak ediblər.

Türk Akademiyasının binasında keçirilən təntənəli mərasimdə təşkilatın prezidenti Darxan Kıdırali və Özbəkistanın Qazaxıstandakı səfiri Saidikram Niyazxojayev Özbəkistanın dövlət bayrağını qaldırıblar.

Beləliklə, türk dünyasının elmi və intellektual mərkəzi olan Türk Akademiyası elmi inteqrasiyanın əhatə dairəsini genişlənib.

Qeyd edək ki, 2019-cu ildə Türk Dövlətləri Təşkilatının (o zaman Türk Şurası) Bakıda keçirilən 8-ci sammitində Özbəkistan təşkilatın tamhüquqlu üzvü kimi qəbul edilib. Bununla bağlı əməkdaşlıq çərçivəsində Özbəkistan tərəfi Türk Akademiyasında müşahidəçi dövlət statusunun alınması üçün rəsmi ərizə təqdim edib. Bundan əvvəl Beynəlxalq Türk Akademiyasında müşahidəçi statusu alan ilk ölkə Macarıstan olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*