
KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu yaxınlarda Brüsseldə Əfqan qadınlarına dəstək proqramının təqdimat mərasimi keçirilib.
Brüsseldə səfərdə olan Özbəkistanın xarici işlər naziri Abdulaziz Kamilov, “Əfqan qadınlarının Qazaxıstan və Özbəkistanda təhsili və iqtisadi hüquqları və imkanlarına dəstək” proqramının açılış mərasimində iştirak edib.
Özbəkistanın xarici işlər naziri öz müraciətində Avropa Birliyinin Əfqan qadınları üçün kənd təsərrüfatı, tətbiqi elmlər və mədən sahələri üzrə təlim proqramının onların ölkənin ictimai və siyasi həyatında iştirak etmək üçün unikal bir fürsət olduğunu vurğulayıb.
Kamilov, bu sahədə bir sıra AB layihələrinin, o cümlədən prosesə mühüm töhfə verən Termez Təhsil Mərkəzində Əfqan tələbələrin, o cümlədən qadınların təhsili üçün “AB-Özbəkistan-Əfqanıstan” üçtərəfli formatında qurulan qarşılıqlı əlaqəni də qeyd edib. Bu formatda Əfqanıstan üçün yüksək ixtisaslı mütəxəssislər bazası yaratmaq nəzərdə tutulub.
