Özbəkistanda sosial şəbəkələri blokladığına görə “Uzkomnazorat” rəhbəri işdən çıxarıldı – YENİLƏNİBbackend

Özbəkistanda sosial şəbəkələri blokladığına görə “Uzkomnazorat” rəhbəri işdən çıxarıldı - YENİLƏNİB

“Uzkomnazorat” rəhbəri ölkədə sosial şəbəkələri blokladığına görə işdən çıxarılıb.

KONKRET.az xəbər verir ki, “Uzkomnazorat”ın (Roskomnadzorun analoqu) rəhbəri Qalibşer Ziyayev yanlış və razılaşdırılmamış hərəkətlərinə görə bu gün tutduğu vəzifədən azad edilib.

“Prezident “Uzkomnazorat”ın birtərəfli və özbaşına qərarından xəbər tutdu. Düşünürəm ki, tezliklə bütün şəbəkələrə çıxış bərpa olunacaq”, – deyə Özbəkistan prezidentinin mətbuat katibi bildirib.

***

21:29

Özbəkistan hakimiyyəti Facebook, Telegram, Odnoklassniki, Instagram və YouTube-a girişi məhdudlaşdırıb.

KONKRET.az-ın məlumatına görə, Özbəkistanın İnformasiyalaşdırma və Telekommunikasiya Sahəsində Nəzarət üzrə Dövlət Müfəttişliyi (Uzkomnazorat) bildirib ki, sosial şəbəkələr şəxsi məlumatların emalı qaydalarını pozub, onları ölkə daxilində saxlamaqdan imtina edir, həmçinin hakimiyyət orqanlarının müraciətlərinə məhəl qoymur.

Əvvəllər Özbəkistanda TikTok, VKontakte, Twitter, WeChat da bloklanmışdı, lakin vəziyyət heç cür dəyişməyib.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*