PA rəsmisindən ermənipərəst Zatulinə dərs – Rusiya oxucuları bundan danışırbackend

PA rəsmisindən ermənipərəst Zatulinə dərs - Rusiya oxucuları bundan danışır

Qaregin Njde haqqında “xüsusi fikir”: qəhrəmanlıq qəbuledilməzdir – “Arxivlər onun Üçüncü Reyxlə işbirliyinə dair kifayət qədər dəlil saxlayır”

“2020-ci ildə dünya Nasist Almaniyasının İkinci Dünya Müharibəsində məğlub edilməsinin 75 illiyini qeyd etməyə hazırlaşır. Bununla bağlı ənənəvi olaraq Moskvada hərbi parad keçiriləcək, bir çox təntənəli tədbirlər keçiriləcək, cəbhələrdə şəhid olanlara abidələrə çələng qoyulacaq. Əlbəttə ki, bu günlərdə həm rəsmi çıxışlarda, həm də qəzet məqalələrində dəfələrlə vurğulanacaq ki, nə nasistliyin bərpasına, nə də qəhrəmanlığına yol verilmir”.

KONKRET.az xəbər verir ki, bu fikirlər Prezidenti Administrasiyasının Strateji Tədqiqatlar və Planlaşdırma sektorunun müdiri Fuad Axundov Rusiyanın tanınmış və ən oxunaqlı saytlarından biri olan “Moskovskiy komsomolets” media portalında dərc edilən yazısında bildirilir.

Müəllif xüsusi olaraq rus auditoriyasına üzünü tutaraq vurğulayır ki, təəssüf ki, bu gün Hitlerin ortağı Qaregin Njdenin qəhrəmanlığı ilə bağlı müzakirələr səngimək bilmir. Üstəlik, bu kultu Rusiyanın özünün ərazisinə keçirmək cəhdləri göz qabağındadır.

F.Axundov yazır: “Məhz bu qənaət yalnız Armavirdə Qaregin Njdenin xatirə lövhəsi ilə əlaqəli hadisələrlə deyil, həm də Rusiya Federasiyası Dövlət Dumasının deputatı Konstantin Zatulinin “Kitabxanaya tez-tez gedin” məqaləsində ifadə olunan “xüsusi fikir” dir”.

PA rəsmisi qeyd edir ki, 90-cı illərin sonunda Jurnalistlərin Mərkəzi Evində cənab Zatulin Miqranyanla birlikdə Cənubi Qafqaz ölkələrinin siyasətini təhlil edərkən yalnız Azərbaycan və Gürcüstanı tənqid etmişdi. Və bu sətirlərin müəllifi ona Ermənistanın Zaqafqaziyanın bir hissəsi olmadığını başa düşmək lazım olub-olmadığını soruşduqda, cənab Zatulin şübhə kölgəsi olmadan Ermənistanda problem olmadığını bildirmişdi. Üstəlik, bunu dil haqqında yerli qanuna uyğun olaraq, Ermənistanda rusdilli təhsilin sadəcə məhv edildiyi bir vaxtda demişdi. Rus məktəbi yalnız Ermənistandakı Rusiya səfirliyinin himayəsi altında Violetovo kəndində qorunurdu. Düzdür, açıq təzyiq altında rus dilində dərslər açıldı, ancaq onlardan yalnız heç birinin etnik bir erməni olmadığı uşaqlara öyrədildi. Rusiya Federasiyasının Ermənistandakı o zamankı səfiri Anatoli Dryukov bununla bağlı məsələləri orta əsr inkvizisiyası ilə müqayisə etmişdi.

Bundan əlavə, “MDB ölkələri və Baltikyanı ölkələrdə rusdilli vətəndaşların vəziyyətinin öyrənilməsi” adlı geniş bir araşdırmada göstərilridi ki, rusdilli vətəndaşlar yalnız Baltikyanı ölkələrdə deyil, eləcə də Ermənistanda ən pis vəziyyətdədir.

Bir sözlə, Ermənistanda Njdenizm ideyalarının təntənəsi var.

Məqalədə vurğulanır ki, ermənilərin Qaregin Njde sevgisi müasir dövrdə irqi ayrıseçkilik, ksenofobiya və dözümsüzlük kimi başa düşülməlidir.

Bütün bunlar isə onu göstərir ki, Ermənistanda neo-nasist düşüncələri artıb.

Yazıda faktlarla oxucuların diqqətinə çatıdrılır ki, arxivlərdə Njdenin Üçüncü Reyxlə işbirliyinə dair kifayət qədər dəlil var. Həmin dəlillərə əsasən “Ermənistan qəhrəmanı” erməni əsirləri arasında diasporun gənc ermənilərindən olan “erməni legionu”na əsgərlərin cəlb edilməsi ilə məşğul olub.

“1941-1945-ci illər Böyük Vətən Müharibəsi” ensiklopediyasına görə, Njde müharibə zamanı Bolqarıstanda 30-dan çox erməni mənşəli agenti işə götürüb. Onların təxribat təlimlərində, eləcə də təxribatçı fəaliyyət göstərmək məqsədi ilə Sovet Ordusunun arxa hissəsinə təhvil verilməsində iştirak edib. Beləliklə, Njde təkcə kəşfiyyat işləri ilə deyil, eyni zamanda fəal Qırmızı Ordunun və SSRİ-nin arxasında təxribat və terror aktları törətmək üçün təaliyyət göstərirmiş.

1944-cü ildə Qaregin Njde Bolqarıstanda əks-kəşfiyyat qurumu olan SMERŞ tərəfindən həbs edilib və 25 il həbs cəzasına məhkum olunub.

Rusiyanın məşhur portalında gedən məqalə əslində ermənipərəst Zatulinə tərs sillədir.

 

Məqaləni bütöv şəkildə buradan oxuya bilərsiniz:

«Особое мнение» о Гарегине Нжде: героизация недопустима

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*