Pakistan Çinə aviareysləri bərpa etdibackend

Pakistan Çinə aviareysləri bərpa etdi

Pakistan hökuməti yeni növ koronavirusun yayılması səbəbiylə Çinə qadağan edilən uçuşları bərpa edib.

KONKRET.az-ın məlumatına görə, bu barədə Aviasiya Nazirinin müavini Əbdül Səttar Xoxar bildirib.

Qeyd edək ki, uçuşlar yanvarın 31-də Ümumdünya Səhiyyə Təşkilatının yeni koronavirusu beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan etdiyindən sonra dayandırılıb.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb.

Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*