Pakistanda güclü qardan ölənlərin sayı 100-ə çatdıbackend

Pakistanda güclü qardan ölənlərin sayı 100-ə çatdı

Pakistanda güclü qar və uçqunlar nəticəsində ölənlərin sayı 100-ə çatıb.

KONKRET.az xəbər verir ki, ölənlər əsasən Azad Kəşmir və Bəlucistandan olan şəxslərdir.

Qeyd edək ki, bu əyalətlərdə insanların təbii fəlakət zonalarından xilas olunması və onlara kömək göstərilməsi işləri davam edir.

Pakistanın təbii fəlakət zonalarında təxminən 200 ev yararsız hala düşüb. Bu zonalarda ümumilikdə 2000 çadırdan ibarət şəhərciklər qurulub. Zərər çəkənlərə ərzaq, adyal, isti paltarlar verilir.

Bəlucistan əyalətinin yeddi dairəsində fövqəladə vəziyyət elan olunub, orada da zərər çəkənlərə yardımlar edilir.

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*