Pakistanda güclü yağışlar 76 nəfərin həyatına son qoydubackend

Pakistanda güclü yağışlar 76 nəfərin həyatına son qoydu

Pakistanın müxtəlif əyalətlərində yağan güclü yağışlar nəticəsində ölənlərin sayı 76-ya çatıb.

KONKRET.az bu barədə yerli mətbuata istinadən xəbər verir.

İyulun 5-də Pakistanın əksər bölgələrinə yağan güclü yağışlar sakinlərin həyatına mənfi təsir göstərib.

Kəraçidə aramsız yağan leysan nəticəsində ölənlərin sayı 14-ə çatıb. 3 nəfər elektrik cərəyanı vurması, daha 3 nəfər isə tavanın uçması nəticəsində ölüb. Şəhərin bir çox yerlərində yollar, yaşayış binaları və müəssisələr su altında qalıb.

Güclü leysan Pakistanın paytaxtı və Ravalpindi şəhərində də baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*