Pakistanın Baş naziri İmran Xan istefa verib.
KONKRET.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Pakistan hökuməti məlumat yayıb.
Məlumata görə, o, yeni Baş nazir təyin olunanadək vəzifəsini icra edəcək.
Xatırladaq ki, ötən gün Pakistanda hökumət istefa verib. Bu barədə ölkənin Dövlət İnformasiya və Yayım naziri Fərrux Həbib məlumat yayıb. O, İmran Xanın Baş nazir vəzifəsində qalacağını bildirmişdi.
Vəsilə İbrahim,
KONKRET.az
