Papa bütün dövlətləri sülhə çağırdıbackend

Papa bütün dövlətləri sülhə çağırdı

Roma Papası Fransisk bütün müharibə aparan ölkələri savaşı dayandırmağa çağırıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Roma papası “CNS News”a müsahibəsində münaqişə tərəflərini sülh barədə razılığa gəlməyə dəvət edib.

“Müharibəni dayandırın. Siz sülh danışıqları üşün bir yol tapmalısınız. Sülh üçün səy göstərin. Danışıqlar əsasında aparılan sülh həmişə sonsuz müharibədən yaxşıdır”, – deyə Fransisk bildirib.

Papa əlavə edib ki, bir çox xütbələrində İsrail və HƏMAS arasında atəşkəsə çağırır: “Mənim edə biləcəyim şey dua etməkdir. Mən sülh üçün çox dua edirəm. Deyirəm ki, lütfən, dayan. Danışıqlar aparın”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*