Ermənistan ordusunun 30 illiyi ilə bağlı təntənəli qəbul təxirə salınıb.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, Paşinyanın ardınca Ermənistan Baş Qərargah rəisi Artak Davtyan və ölkənin silahlı qüvvələrinin digər yüksək rütbəli nümayəndələri də koronavirusa yoluxublar. Bu səbəbdən Ermənistan ordusunun 30 illiyi ilə bağlı təntənəli qəbul təxirə salınıb.
Qəbul “Dvin” mehmanxana kompleksinin böyük zalında baş tutmalı idi.
Baş Qərargah rəisi Lurerin sözlərinə görə, ordu komandirləri və qonaqlardan bəzilərində koronavirus aşkarlanıb.
Kütləvi yoluxmanın Papikyanın toyunda baş verdiyi iddia olunur.
Xuraman Etibarlı,
KONKRET.az
