Parkda bayraqların yerə atılması xəbərinə rəsmi münasibət – VİDEObackend

Parkda bayraqların yerə atılması xəbərinə rəsmi münasibət - VİDEO

Yasamal rayonu ərazisində yerləşən “Yasamal parkı”nda Azərbaycan bayrağının yerə atılması ilə bağlı məlumat yayılıb.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı “Qafqazinfo” Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb.

Qurumdan verilən məlumata görə, bu iddia həqiqəti əks etdirmir: “Bu gün bir sıra kütləvi informasiya vasitələri və sosial media hesablarında “Yasamal parkı”nda guya ki, Azərbaycan dövlət bayrağının yerə atılmasını iddia edən məlumat və foto paylaşılıb. Bununla əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti olaraq birmənalı şəkildə bildiririk ki, bu iddia tamamilə uydurmadır və saxta xarakter daşıyır. Bayrağ olduğu iddia edilən və yerə atılan əşya əslində uşaq əyləncə batutudur və onun boşaldılmış halıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*