Parklanmanın qadağan və ödənişsiz olduğu yerlər – BNA-dan açıqlamabackend

Parklanmanın qadağan və ödənişsiz olduğu yerlər - BNA-dan açıqlama

Bakı Nəqliyyat Agentliyi (BNA) vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər nəzərə alaraq, əsas küçə və prospektlərdə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırır.

KONKRET.AZ xəbər verir ki, bu barədə BNA-dan bildirilib.

Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir. 

“Bir daha sürücülərimizdən Yol Hərəkəti Haqqında Qanunun tələblərinə əməl etmələrini, parklanma qaydalarını pozaraq digər hərəkət iştirakçılarına maneə yaratmamalarını xahiş edirik”, – deyə BNA-dan bildirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*