Parlament Nazarbayevin TŞ-yə ömürlük sədrliyini LƏĞV ETDİbackend

Parlament Nazarbayevin TŞ-yə ömürlük sədrliyini LƏĞV ETDİ

Qazaxıstan Parlamentinin Senatı (Yuxarı palata) cümə axşamı respublikanın birinci prezidenti Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasına və Xalq Assambleyasına ömürlük sədrliyinin ləğv olunması ilə bağlı düzəlişləri qəbul edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, iclas qanunverici orqanın saytında yayımlanıb.

Yanvarın 19-da düzəlişləri parlamentin aşağı palatası olan Milli Məclisin deputatları təsdiqləyib. Beləliklə, Nazarbayevə ömürlük Təhlükəsizlik Şurasına və Xalq Assambleyasına rəhbərlik etmək hüququ verilən müddəalar mövcud qanunvericilikdən çıxarılıb. Qanunvericiliyə dəyişikliklərin edilməsi indi dövlət başçısı tərəfindən təsdiqlənməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*