“Partlayışda 1 nəfər ölüb, 31-i yaralanıb” – RƏSMİbackend

“Partlayışda 1 nəfər ölüb, 31-i yaralanıb” - RƏSMİ

Baş Prokurorluq baş verən partlayışla bağlı məlumat yayıb.

KONKRET.az-ın xəbərinə görə, qurumdan bildirilib ki, bu gün saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğınla nəticələnən partlayış baş verib:

“Hazırda prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər. Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir.

İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

İctimaiyyətə əlavə məlumat veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*