Partlayışda yaralananların son vəziyyəti AÇIQLANDIbackend

Partlayışda yaralananların son vəziyyəti AÇIQLANDI

Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda tibb müəssisələrində ümumilikdə, 15 nəfər müalicə alır. Onlardan 12-si TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

TƏBİB-dən KONKRET.az-a verilən xəbərə görə, xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Son məlumata görə, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 1 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb.

Ümumilikdə, bu gün ambulator müalicə üçün 3 nəfər evə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*