Paşinyan Anna Akopyanı birinci xanım kimi ABŞ-a göndərirbackend

Paşinyan Anna Akopyanı birinci xanım kimi ABŞ-a göndərir

Ermənistanın baş naziri Nikol Paşinyan Anna Akopyanın Qlobal Birinci Xanımlar Akademiyasının dördüncü illik tədbirində iştirak etməsi üçün Amerika Birləşmiş Ştatlarına göndərilməsinə qərar verib.

KONKRET.az erməni mediasına istinadla bildirir ki, Paşinyan qərarında Akopyanın ABŞ-a baş nazirin həyat yoldaşı kimi göndərildiyini qeyd edib.

Qərar 11 iyunda imzalanıb. Səfər 26 iyun – 4 iyul 2026-cı il tarixləri arasında planlaşdırılıb. Birinci xanımların tədbiri Nyu-Yorkda keçiriləcək. Baş nazir işçilərə müəyyən edilmiş qaydada gündəlik xərclər, 29 iyun – 3 iyul tarixləri arasında gecələmə və 4 iyulda tranzit məntəqəsində (Vyana) gecələmə daxil olmaqla, ezamiyyətlə bağlı faktiki xərclərin ödənilməsini təmin etməyi tapşırıb. Bu məqsədlə ayrılması planlaşdırılan vəsaitin məbləği hələlik açıqlanmayıb.

Xatırladaq ki, 17 fevral 2026-cı ildə Akopyan özünün və Paşinyanın vətəndaş nikahının başa çatdığını elan etmişdi. Anna “Hər kəsdən bu mövzuda təmkinli və düzgün olmağı xahiş edirəm” deyə sosial media hesabında yazmışdı.

Ermənistanda səs-küylü boşanma: uşaqlar kimdə qalacaq? - Cütlüyün FOTOLARI  | Modern.az

İnsanlar baş nazirin və həyat yoldaşının nikahlarını qanuniləşdirdiyini düşünürdülər və onları təbrik edirdilər. Lakin bir neçə gün sonra, fevralın 27-də Anna yenidən feysbuk səhifəsində Paşinyanla münasibətlərinə son qoyduğunu elan edən video yayımladı. Anna kreditlə alınan evin tikintisi getdiyini nəzərə alaraq hökumət malikanəsini tərk edərək kirayə mənzilə köçdüyünü bildirmişdi. Akopyan cinayət məsuliyyətinə cəlb oluna biləcəyini də istisna etməmişdi. “Həyat belədir, bəlkə də belə bir inkişaf mümkündür, nə etsək də, yaşayıb görəcəyik”, – deyə o bildirmişdi.

Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri jurnalistlərlə söhbətində qeyd etmişdi ki, seçkilərdə iştirak edən partiyalarla əlaqəli təşkilatların seçki günü təyin edildikdən sonra xeyriyyə işləri ilə məşğul olması qadağan olunduğu üçün “Mənim Addımım” Fondunun pulsuz ingilis dili kursları keçirmək qərarını araşdırırlar.

Qeyd edək ki, 23 aprel 2026-cı ildə jurnalistlərlə keçirdiyi brifinqdə Paşinyan ailəsini qorumaq üçün səylər göstərdiyini və daha bir şans qazandığına görə şad olduğunu bildirmişdi. İctimai açıqlamalara görə, Anna baş nazirin həyat yoldaşı olmaqdan çıxsa da, göründüyü kimi, 11 iyun 2026-cı il tarixli bu qərarla o, özünü baş nazirin həyat yoldaşı statusunda təqdim edir və xarici ezamiyyətləri üçün dövlət tərəfindən maliyyələşdirilir.\\musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*