Paşinyan: “Azərbaycanla münaqişədə hələ ki, qurbanlar veririk”backend

Paşinyan: "Azərbaycanla münaqişədə hələ ki, qurbanlar veririk"

Hətta Qarabağ məsələsində referendum keçirilə bilər”.

KONKRET.AZ xəbər verir ki, bu barədə Nikol Paşinyanın rəsmi “facebook” səhifəsində məlumat yazılıb.

Ermənistanın Baş naziri bildirib ki, “Dağlıq Qarabağ münaqişəsinin istənilən həlli Ermənistan, Qarabağ erməniləri və Azərbaycan xalqları üçün məqbul olmalıdır. Erməni xalqı üçün məqbul olan razılaşdırılmış istənilən həll yolu əldə edildikdə, təklifimizi xalqımıza təqdim edəcəyəm, bu barədə ümummilli müzakirə aparacağıq. Lazım gələrsə, hətta referendum da keçirilə bilər”.

Baş nazirin sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərindəki vəziyyət həmişə risk daşıyır, lakin bu risk üç, dörd və ya beş il əvvəlkindən daha təhlükəli deyil. “Sərhəddəki vəziyyəti izləsək, son 1,5 ildə gərginliyin kəskin və əhəmiyyətli dərəcədə azalmasını görəcəyik, xüsusən Düşənbədən sonra bu, özünü nəzərə çarpacaq dərəcədə göstərir. Ancaq bu, o demək deyil ki, heç bir gərginlik yoxdur. Təəssüf ki, hələ də qurbanlarımız olur”.

Paşinyan hesab edir ki, Qarabağ münaqişəsinin həllində Ermənistan və qondarma Qarabağ hakimiyyətinin yanaşmaları eynidır.

Baş nazir danışıqlar prosesində “maraqlı dinamika” gördüyünü vurğulayıb və bu dinamikanın inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Fadil PAŞAYEV

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*