Paşinyan: “Əgər bu, təmin olunarsa, mən sülh qərarını imzalayacağam”backend

Paşinyan: “Əgər bu, təmin olunarsa, mən sülh qərarını imzalayacağam"

“Biz elə bir kağıza imza atmaq istəyirik ki, bunun nəticəsində çoxları bizi söyəcək, “satqın” adlandıracaq”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Nikol Paşinyan deyib. Daha sonra o, əlavə edib:

“Xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəlsə belə, əgər bunun nəticəsində Ermənistan 29.800 kvadrat kilometr ərazisində davamlı sülh və təhlükəsizlik əldə edəcəksə, biz razı və minnətdar olacağıq. Əgər bu, təmin olunarsa, mən bu sülh qərarını imzalayacağam. Mənim başıma nə gələcəyi maraqlandırmır, Ermənistan Respublikasının taleyi maraqlandırır”.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*