“Paşinyan Ərdoğanın baxışlarından əziyyət çəkən uşağa oxşayır” – Erməni türkoloqbackend

"Paşinyan Ərdoğanın baxışlarından əziyyət çəkən uşağa oxşayır" - Erməni türkoloq

Paşinyanın iyulun 3-də Rəcəb Təyyib Ərdoğanın and içmə mərasimində iştirak etməsi erməni cəmiyyətində bir mənalı qarşılanmayıb. Bir neçə gündür aparılan qızğın müzakirələrdə erməni KİV-ləri müxtəlif təbəqələrdə təmsil olunan insanların mövqelərini təqdim edirlər.

Dünən Ermənistanın keçmiş Xarici İşlər Naziri Vardan Oskanyanın münasibəti barədə ətraflı yazı dərc etmişdik. Daha sonra da siyasətçilər və jurnalistlər öz mövqelərini bildiriblər. Bu gün isə erməni türkoloq alıim Tiran Lokmaqyozyan mərasim zamanı Paşinyanın İlham Əliyevin arxasında oturmasını Ermənistanda çox pis qəbul edildiyini deyib.

Erməni türkoloqu yayılan fotoşəkillərdən birinə istinad edərək:

“Ərdoğan Paşinyana sanki müəllim nəzərləriylə baxırdı.Paşinyan isə bu baxışlardan əzilən uşaq təsiri bağışlayırdı”.

44 günlük müharibədə Ərdoğanın rolunu vurğulayan erməni alim, Ermənistanın biabırçı məğlubiyyətindən sonra ölkənin baş nazirinin Türkiyəyə səfərə getməsini, özüdə Ərdoğanın andiçmə mərasimində iştirak etməsini qəbul edilməz olduğunu bildirib:

“Paşinyan indiyədək nə edibsə Qərbin göstərişi ilə edib”, – deyə Tiran Lokmaqyozyan bildirib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*