Paşinyan: “Ermənistan Azərbaycandan müsbət cavab gözləyir” – FOTObackend

Paşinyan: "Ermənistan Azərbaycandan müsbət cavab gözləyir" - FOTO

Ermənistan hökuməti sərhəddə üç keçid məntəqəsinin açılması ilə bağlı Azərbaycandan müsbət cavab gözləyir.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan tvitter hesabında yazıb. O bildirib ki, Şərqi Azərbaycan və Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində 3 buraxılış məntəqəsinin açılması barədə hökumət qərarının layihəsi dövriyyəyə buraxılıb.

Bununla bağlı Ermənistan Azərbaycandan cavab gözləyir.

“Ermənistan hökumətinin Şərqi Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində 3 buraxılış məntəqəsinin açılması ilə bağlı qərar layihəsi artıq bir neçə aydır ki, rəsmən yayılıb.

Ermənistan hökuməti Azərbaycandan müsbət reaksiya gözləyir”, – Paşinyan yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*