backend

Paşinyan indi də xalqına müharibə elan etdi

Müharibədə məğlub olan Ermənistanda demokratik azadlıqların tapdanması adi hala çevrilib. Ölkədə fərqli düşünənlərə qarşı, sözün əsl mənasında, müharibə elan olunub.

KONKRET.az  xəbər verir ki, baş nazir Nikol Paşinyanın göstərişinə əsasən, Ermənistanda kütləvi həbslər həyata keçirilir, siyasi partiya rəhbərləri, siyasi fəallar saxlanılır, həbs edilir, deputatlara qarşı hücumlar təşkil olunur. Ölkədə media sərt senzura şəraitində fəaliyyət göstərir, QHT-lərin fəaliyyəti tam məhdudlaşdırılıb.

Artıq etirazçıların qətlə yetirilməsi halları da müşahidə olunur. Noyabrın 13-də İrəvanda Razdan körpüsünün altında Ermənistan parlamentinin binasına daxil olan şəxslərdən birinin cəsədi tapılıb.

Əhaliyə etiraz aksiyalarına çıxmaq qadağan olunur, fəallar, onların ailə üzvləri qorxudulur.

Faktiki olaraq xarici ölkələrin əlində oyuncağa çevrilmiş Paşinyan rejimi erməni xalqına müharibə elan edib.

Maraqlıdır ki, insan haqları haqqında gen-bol danışan Qərb dairələri Ermənistanda baş verən bu biabırçılığa göz yumurlar. Belə görünür ki, Ermənistan rəhbərliyi həmin dairələrin gözündə xüsusi imtiyaza malikdir, bu ölkədə hakimiyyət tərəfindən insanları öldürmək, həbs etmək, işgəncə vermək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*