Paşinyan İrəvan merindən canını qurtarmaq istəyirbackend

Paşinyan İrəvan merindən canını qurtarmaq istəyir

“Pərdəarxası hakimiyyət hesab edir ki, Tiqran Avinyanın İrəvan meri vəzifəsində işləməsindən bir il sonra Ermənistanın baş naziri Nikol Paşinyan Ağsaqqallar Şurası vasitəsilə ona etimadsızlıq göstərəcək və vitse-mer Armen Pambuxçyanı onun yerinə təyin edəcək”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb. 

“Hakim “Mülki Müqavilə” partiyasının nümayəndələri bilmirlər ki, Avinyanın əsas günahı nədən ibarətdir. Deyirlər ki, Paşinyan ona etibar etmir, xüsusən Avinyan mer olduqdan sonra müstəqil olmağa başlayıb və baş nazir müstəqil insanları sevmir. Ona görə də son dövrün üstü açılmış cinayətlər onunla sıx bağlıdır.

Yaxın gələcəkdə etimadsızlıq səsverməsinə yol açacaq yeni qalmaqallı açıqlamalar ola bilər. Qanun bələdiyyə sədrinə seçildikdən sonra bir il toxunulmazlıq verir, yəni o, oktyabrın 10-dək toxunulmazdır. Mülki müqavilə partiyası İrəvan Ağsaqqallar Şurasında çoxluğa malik deyil. Avinyan Aram Sarkisyan və Vardan Qukasyanın siyasi qüvvələri sayəsində mer olub”, – deyə nəşr qeyd edir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*