Ermənistanda Baş nazirinin köməkçisi vəzifəsindən azad edilib.
KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, Nikol Paşinyanın qərarı ilə Anna Vardapetyan Baş nazirinin köməkçisi vəzifəsindən azad edilib.
Qeyd edək ki, 2022-ci il iyunun 29-da Ermənistan parlamenti Anna Vardapetyanı Ermənistan Respublikasının baş prokuroru vəzifəsinə seçib. Baş prokuroru Artur Davtyanın isə səlahiyyət müddəti sentyabrın 15-də başa çatır.
İqbal Rzayev,
KONKRET.az
