Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusdan sağalıb.
KONKRET.az xəbər verir ki, Paşinyan bunu “Facebook” səhifəsində bildirib.
N.Paşinyanın sözlərinə görə, ailə üzvləri də koronavirusdan sağalıb.
Qeyd edək ki, Nikol Paşinyan iyulun 1-də özünün və ailə üzvlərinin koronavirusa yoluxduğunu bildirmişdi.