Paşinyan oğlunu Qarabağa döyüşə göndərməkdən İMTİNA ETDİbackend

Paşinyan oğlunu Qarabağa döyüşə göndərməkdən İMTİNA ETDİ 

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Qarabağa döyüşmək üçün yollanmaq istəyib, ancaq ona “hələ ehtiyac yoxdur” deyilərək döyüşlərdə iştirak etməsinə ailəsi tərəfindən icazə verilməyib.

Bu barədə “Sputnik” xəbər yayıb.

Maraqlıdır ki, Ermənistanda 55 yaşa qədər olan zabitlərin, gizirlərin və ehtiyatda olan hərbi qulluqçuların səfərbərliyi elan edilib, yaşlılar belə döyüş bölgəsinə göndərilir, ancaq hökumət başçısının həyat yoldaşı Anna Akopyan ordudan cəmi bir neçə ay öncə tərxis olunan oğluna cəbhə bölgəsində hələ “ehtiyac olmadığını” bildirib.

Yeri gəlmişkən bir gün əvvəl Paşinyanın arvadı Anna Akopyan Xankəndində olub.

Görünür, orada şahidi olduğu dəhşətli mənzərə də oğluna hələ orduda “ehtiyac olmadığı” hissini yaradıb.

Ümumiyyətlə, dünən Ermənistanda bir sıra nazir oğullarının Qarabağa döyüşmək üçün yollandığı barədə xəbər yayılmışdı, ancaq maraqlıdır ki, bu gedənlərdən bir nəfərinin də adı açıqlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*