Ermənistanın Baş naziri Nikol Paşinyan Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Nikol Paşinyan parlamentdə “Hökumət saatı”nda bildirib.
Qeyd edək ki, sabah Praqada Avropa Siyasi Birliyi liderlərinin sammiti keçiriləcək.
