Paşinyan reytinqdə sabiqləri geridə qoydu – RƏQƏMLƏRbackend

Paşinyan reytinqdə sabiqləri geridə qoydu - RƏQƏMLƏR

Beynəlxalq sorğu mərkəzi olan “Gallup” Ermənistan əhalisi arasında siyasi qüvvələrlə bağlı sorğu keçirib.

KONKRET.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, keçirilmiş sorğunun nəticələri açıqlanıb.

Qeyd edilib ki, müharibədəki məğlubiyyətə baxmayaraq Nikol Paşinyan Ermənistanda hələ də ən reytinqli siyasətçidir. Bunun səbəbi hazırki baş nazirin uğurlu siyasəti yox, keçmiş hakimiyyətin korrupsiya əməlləri və digər cinayətlərə görə ictimai nüfuzunu itirməsidir. Sorğunun nəticələrinə əsasən, vətəndaşlar 5 ballıq sistemlə Ermənistandakı siyasətçiləri qiymətləndiriblər.

Baş nazir Nikol Paşinyan 2.8, prezident Armen Sarkisyan 2.3, müxalif Çiçəklənən Ermənistan Partiyasının lideri olan oliqarx Qaqik Tsarukyan 2.2, eks-prezident Robert Koçaryan 2, müxalif İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan 1.8, eks-prezident Levon Ter-Petrosyan 1.7, keçmiş baş nazir və birləşmiş müxalifətin vahid namizədi Vazgen Manukyan 1.6, sabiq MTX rəhbəri və müxalif Vətən Partiyasının sədri Artur Vanesyan isə 1.5 bal toplayıb.

Respondentlərin 33.1 faizi bu gün seçki keçirilərsə, Paşinyanın partiyasına səs verəcəyini bildirib. Sorğuda iştirak edənlərin 27.2 faizi isə heç bir siyasi qüvvəyə səs verməyəcəyini söyləyib. Çiçəklənən Ermənistan Partiyası 4.4 faiz, İşıqlı Ermənistan Partiyasının sədri 2.6 faiz, sabiq prezident Serj Sarkisyanın Ermənistan Respublika Partiyası isə 2.2 faiz respondentin etimadını qazanıb. Nəticələrə görə, bu gün seçki keçirilərsə, Daşnaksütun Partiyası da 2.2 faiz, Vətən Partiyası isə 0.9 faiz səs toplayardı.

Sorğu iştirakçılarının 43.6 faizi hesab edib ki, Nikol Paşinyan istefa verməlidir. 38.8 faiz isə onun səlahiyyət müddəti başa çatanadək vəzifədə qalmalı olduğunu düşünür.

İştirakçıların 58 faizi ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini zəruri sayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*