backend

İRAN ŞOKDA: Paşinyan Süleymaninin qətlinə görə ABŞ-ı təbrik etdi 

Bu gün erməni jurnalist Diana Arutunyan öz Feysbuk səhifəsində şok məlumat yayıb.

KONKRET.az Demokrat.az-a istinadən xəbər verir ki, jurnalistin yazdığına görə, Ermənistan Baş naziri Nikol Paşinyan əfsanəvi general, Qüds briqadasının komandanı Qasım Süleymaninin qətlə yetirilməsi münasibətilə ABŞ Prezidenti Donald Trampı təbrik edib.

Cümə axşamı ABŞ-ın İrəvandakı səfirliyi Ermənistanın Baş naziri Nikol Paşinyandan rəsmi təbrik qəbul edib. Paşinyan təbrikində Amerikaya terrorla bundan sonrakı mübarizədə uğurlar arzu edib.

“Ermənistan ABŞ-ın İraqda beynəlxalq terrora qarşı mübarizəsindəki nailiyyətləri alqışlayır”, – deyə Paşinyan bildirib.

Ermənistan baş nazirinin sözlərinə görə, onun ölkəsi qlobal terrorun təhlükələrilə üzləşən ilk ölkələrdən olub.

“İntiqam bütün terroçuları haqlayacaq. Bir daha təbrik edirəm”, – deyə Paşinyanın məktubunda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*