Paşinyan sülhməramlıların Qarabağdakı funksiyalarını konkretləşdirmək İSTƏYİRbackend

Paşinyan sülhməramlıların Qarabağdakı funksiyalarını konkretləşdirmək İSTƏYİR

Paşinyan Rusiya sülhməramlılarının Qarabağdakı funksiyalarını konkretləşdirmək istəyir.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlı əməliyyatının təfərrüatlarına aydınlıq gətirilməsinin vacibliyini açıqlayıb.

“Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə paralel olaraq bunu əvvəldən etmək lazım idi. Lakin etiraf etmək lazımdır ki, bu prosesə Azərbaycan sülhməramlıların mandatını imzalamaqdan imtina edərək mane oldu, Ermənistan isə 2020-ci ilin noyabrında bunu etdi. Hesab edirik ki, sülhməramlılara daha geniş mandat vermək lazımdır”, – deyə Paşinyan hökumətin iclasında bildirib.

Baş nazir Qarabağ ətrafında vəziyyətin son dərəcə mürəkkəb olduğunu deyib. O, Rusiya sülhməramlılarının “azərbaycanlıların təmas xəttini pozmaq cəhdinin” qarşısını alacağını gözlədiyini bildirib.

“İndi Qarabağdakı son hadisələrlə bağlı Ermənistan rəhbərliyinin Rusiya hərbi kontingentinə bir sıra sualları var”, – deyə Paşinyan əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*